«Qəbələ» - «Sabah» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 29 Oktyabr 2021 | 17:25169
«Qəbələ» - «Sabah» matçının hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasının IX  turunun bütün təyinatları açıqlanıb. İki gün ərzində baş tutacaq oyunların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub. “Sabah”la görüşəcək “Qəbələ”nin ev matçının təyinatları da müəyyənləşib. Oktyabrın 31-də keçiriləcək qarşılaşmanı Elçin Məsiyev idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayevlə Pərvin Talıbov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Qəbələ şəhər stadionunda baş tutacaq  “Qəbələ” - “Sabah” görüşü saat 16:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

IX tur

31 oktyabr (bazar)

16:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu