«Qəbələ» - «Sabah» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 19 May 2022 | 13:14142
«Qəbələ» - «Sabah» matçının hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasının mövsümün son təyinatları açıqlanıb. XXVIII turun hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub. “Sabah”la görüşəcək “Qəbələ”nin ev matçının təyinatları da müəyyənləşib. Mayın 21-də keçiriləcək qarşılaşmanı Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Rövşən Rəcəbov yerinə yetirəcək. Qəbələ şəhər stadionunda baş tutacaq  “Qəbələ” - “Sabah” görüşü saat 17:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XXVIII tur

21 may (şənbə)

17:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Qəbələ şəhər stadionu