Topaz Premyer Liqasında X turun təyinatları açıqlanıb. “Qəbələ”nin “Sabah”la ev oyununun da hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi müəyyənləşib. Noyabrın 4-də keçiriləcək matçı Rəvan Həmzəzadə idarə edəcək. Onun köməkçiləri Mübariz Haşımovla Vüqar Bayramov olacaq. Dördüncü hakim funksiyasını Mahir Məmmədov yerinə yetirəcək. Qəbələ şəhər stadionundakı görüşün hakim-inspektoru Şahin Cəfərov, AFFA nümayəndəsi Əsgər Əmirəliyev olacaq.
Xatırladaq ki, noyabrın 4-də keçiriləcək “Qəbələ” – “Sabah” matçı saat 17:00-da başlayacaq.
Topaz Premyer Liqası
X tur
4 noyabr (bazar)
17:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mahir Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Qəbələ şəhər stadionu