«Qəbələ» - «Sabah» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 11 Dekabr 2018 | 14:18243
«Qəbələ» - «Sabah» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarının təyinatları açıqlanıb. Dekabrın 15-16-da keçiriləcək qarşılaşmaları idarə edəcək hakimlər, onların işinə qiymət verəcək hakim-inspektorlar, həmçinin AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Sabah”la ev oyununun təyinatları da bəlli olub. Dekabrın 16-da keçiriləcək görüşü Rəvan Həmzəzadə idarə edəcək. Qəbələ şəhər stadionundakı matçda ona Yaşar Abbasovla Cəmil Quliyev kömək edəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. AFFA nümayəndəsi Eldar Qasımov, hakim-inspektor isə Fazil Mürşüdov olacaq.

Xatırladaq ki, “Qəbələ” – “Sabah” oyunu saat 14:00-da başlayacaq.

 

Azərbaycan kuboku

1/4 final, ilk oyun

16 dekabr (bazar)

14:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cəmil Quliyev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Fazil Mürşüdov

Qəbələ şəhər stadionu