Topaz Premyer Liqasının XXII turunun təyinatları açıqlanıb. Martın 31-də və aprelin 1-də keçiriləcək oyunların hakimləri, hakim-inspektor, AFFA nümayəndələri müəyyənləşib. IV dövrəyə “Sabah”la ev matçı ilə start verəcək “Qəbələ”nin görüşünün də təyinatları bəlli olub.
Aprelin 1-də keçiriləcək matçı baş hakim Rauf Cabarov idarə edəcək. Onun köməkçiləri Yaşar Abbasovla Müslüm Əliyev olacaqlar. Nail Nağıyev isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qəbələ şəhər stadionundakı görüşün hakim-inspektoru Ceyhun Haşımov, AFFA nümayəndəsi Asif Əliyev olacaq.
Xatırladaq ki, saat 14:00-da başlayacaq “Qəbələ” – “Sabah” qarşılaşması “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Topaz Premyer Liqası
XXII tur
1 aprel (bazar ertəsi)
14:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Nail Nağıyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu