«Qəbələ» - «Sabah» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 30 Oktyabr 2019 | 16:20220
«Qəbələ» - «Sabah» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında X turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Turun görüşlərini idarə edəcək hakimlər, onların işinə qiymət verəcək hakim-inspektorlar, həmçinin AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Sabah”la görüşünün ədalət təmsilçiləri də bəlli olub. Noyabrın 3-də keçiriləcək matçın baş hakimi Rəhim Həsənov olacaq. Ona Mübariz Haşımovla Namiq Hüseynov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. Qəbələ şəhər stadionundakı qarşılaşmanın hakim-inspektoru Fariz Yusifov, AFFA nümayəndəsi Maşallah Əhmədov olacaq.

 

Xatırladaq ki, “Qəbələ” – “Sabah” oyunu saat 17:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

X tur

3 noyabr (bazar)

17:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Rəşad Əhmədov

Hakim-inspektor: Fariz Yusifov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Qəbələ şəhər stadionu