Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları üçün bütün təyinatlar açıqlanıb. Dekabrın 15-16-da keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Mərhələnin ilk oyun günündə “Sabah”la qarşılaşacaq “Qəbələ”nin ev matçına təyinatlar da bəlli olub. Qəbələ şəhər stadionundakı görüşü İnqilab Məmmədov idarə edəcək. Onun köməkçiləri Namiq Hüseynovla Rahil Ramazanov olacaq. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək. Matçın hakim-inspektoru Anar Salmanov, AFFA nümayəndəsi AFFA nümayəndəsi Asif Əliyev olacaq.
Azərbaycan kuboku
1/4 final, ilk oyun
15 dekabr (bazar)
15:00. “Qəbələ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu