«Qəbələ» - «Sabah» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 30 Oktyabr 2020 | 15:01295
«Qəbələ» - «Sabah» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında VIII turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Turun görüşlərini idarə edəcək hakimlər, onların işinə qiymət verəcək hakim-inspektorlar, həmçinin AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Sabah”la görüşünün ədalət təmsilçiləri də bəlli olub. Oktyabrın 31-də keçiriləcək matçın baş hakimi Vüqar Həsənli olacaq. Ona Cəmil Quliyevlə Kamran Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Qəbələ şəhər stadionundakı qarşılaşmanın hakim-inspektoru İmanxan Sultani, AFFA nümayəndəsi Mübariz Hüseynov olacaq.

Xatırladaq ki, “Qəbələ” – “Sabah” oyunu saat 14:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

VIII tur

31 oktyabr (şənbə)

14:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Kamran Bayramov, Rəvan Həmzəzadə

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu