«Qəbələ» - «Sabah» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 25 Avqust 2022 | 14:55178
«Qəbələ» - «Sabah» oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında IV turun təyinatları açıqlanıb. Avqustun 26-28-də keçiriləcək matçların hakimləri müəyyənləşib. “Qəbələ”nin “Sabah”la qarşılaşmasının da təyinatları bəlli olub. “Qırmızı-qaralar”ın ev matçını Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. 

Xatırladaq ki, avqustun 28-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Sabah” qarşılaşması saat 20:00-da başlayacaq.

 

Misli Premyer Liqası

IV tur

28 avqust (bazar)

20:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu

Hakim-inspektor: Gülağa Cabarov

Qəbələ şəhər stadionu