«Qəbələ» - «Sabah» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 29 Yanvar 2023 | 21:371619
«Qəbələ» - «Sabah» oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XX turun təyinatları açıqlanıb. Yanvarın 30-dan fevralın 1-dək keçiriləcək matçların hakimləri müəyyənləşib. “Qəbələ”nin “Sabah”la qarşılaşmasının da təyinatları bəlli olub. “Qırmızı-qaralar”ın ev matçını Vüqar Həsənli 

idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayevlə Cəmil Quliyev olacaq. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə  yerinə yetirəcək. 

Xatırladaq ki, fevralın 1-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Sabah” qarşılaşması saat 15:00-da başlayacaq.

 

Misli Premyer Liqası

XX tur

1 fevral (çərşənbə)

15:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rəvan Həmzəzadə

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu