Misli Premyer Liqasında 2023-cü ilin son təyinatları açıqlanıb. Dekabrın 22-24-də keçiriləcək XVIII turun matçlarının hakimləri müəyyənləşib. “Qəbələ”nin “Sabah”la bu gün keçiriləcək qarşılaşmasının da təyinatları bəlli olub. “Qırmızı-qaralar”ın ev matçını Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaqlar. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Xatırladaq ki, bu gün Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Sabah” qarşılaşması saat 16:00-da başlayacaq.
Misli Premyer Liqası
XVIII tur
22 dekabr (cümə)
16:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu
VAR: İnqilab Məmmədov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu