Misli Premyer Liqasında XX turun təyinatları açıqlanıb.
Fevralın 16-da keçiriləcək “Qəbələ” – “Sabah” oyununu Rauf Cabarov idarə edəcək. Onun köməkçiləri Eyyub İbrahimov və Şirmamed Mamedov, dördüncü hakim Rəşad Əhmədov olacaq.
Kamranbəy Rəhimov VAR, Elvin Bayramov AVAR funksiyasını yerinə yetirəcək. Matçın hakim-inspektoru Babək Quliyev, AFFA nümayəndəsi Elçin Mehtiyev olacaq.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.