Bizon Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarının təyinatları açıqlanıb.
Sabah keçiriləcək “Qəbələ” – “Sabah” matçını Rəvan Həmzəzadə idarə edəcək. Onun köməkçiləri Cəmil Quliyev və Şirmamed Mamedov olacaq.
Əli Əliyev dördüncü hakim, Kamal Umudlu VAR, Elvin Bayramov AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Asim Xudiyev, AFFA nümayəndəsi Yavər Rəhimov olacaq.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq.