“Qəbələ” – “Sabah” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 15 Oktyabr 2026 | 10:4837
“Qəbələ” – “Sabah” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında VIII turun təyinatları açıqlanıb.

 

Oktyabrın 17-də keçiriləcək “Qəbələ” – “Sabah” oyununu Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Akif Əmirəli və Zeynal Zeynalov olacaq.

 

Namiq Bəkirov dördüncü hakim, Rəşad Əhmədov VAR, Rahil Ramazanov AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Munis Abdullayev, AFFA nümayəndəsi Seymur Səlimli olacaq.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.