Azərbaycan Premyer Liqasında VIII turun oyun cədvəli açıqlanıb. İki gün davam edəcək turun matçlarının yeri və vaxtı dəqiqləşib. “Qəbələ”nin II dövrədəki ilk görüşünün də saatı bəlli olub. “Qırmızı-qaralar” oktyabrın 31-də “Sabah”ı qəbul edəcək. Qəbələ şəhər stadionundakı matç saat 14:00-da başlayacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
VIII tur
31 oktyabr (şənbə)
14:00. “Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu