«Qəbələ» - «Sabah» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 10 May 2021 | 14:18153
«Qəbələ» - «Sabah» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XXVII turun oyun cədvəli məlum olub. Eyni gündə təşkil olunacaq turun matçlarının başlama vaxtı dəqiqləşib. Qarşılaşmalar mayın 14-də keçiriləcək. “Qəbələ” öz meydanında “Sabah”la görüşəcək.  Qəbələ şəhər stadionundakı oyun saat 17:00-da start götürəcək. Matç PFL-in saytında canlı yayımlanacaq.

 

Azərbaycan Premyer Liqası

XXVII tur

14 may (cümə)

17:00. “Qəbələ” – “Sabah”

Qəbələ şəhər stadionu