Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli məlum olub. İki günü əhatə edəcək turun matçlarının başlama vaxtı dəqiqləşib. Görüşlər oktyabrın 30-31-də keçiriləcək. “Qəbələ” ayın 31-də öz meydanında “Sabah”la görüşəcək. Qəbələ şəhər stadionundakı oyun saat 16:00-da start götürəcək. Xatırladaq ki, qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
IX tur
31 oktyabr (bazar)
16:00. “Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu