«Qəbələ» - «Sabah» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 15 Avqust 2022 | 12:00285
«Qəbələ» - «Sabah» oyununun vaxtı müəyyənləşdi

Misli Premyer Liqasında IV turun oyun cədvəli açıqlanıb. Avqustun 26-da start götürəcək turun görüşləri üç günü əhatə edəcək.

“Qəbələ” son oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” “Sabah”ı qonaq edəcək. Avqustun 28-dəki qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq. Oyunun start fiti saat 20:00-də veriləcək. 

Qeyd edək ki, qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

 

IV tur

28 avqust (bazar)

20:00. “Qəbələ” – “Sabah”

Qəbələ şəhər stadionu