Misli Premyer Liqasında XX turun oyun cədvəli açıqlanıb. Yanvarın 30-da start götürəcək turun görüşləri üç günü əhatə edəcək.
“Qəbələ” son oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” “Sabah”ı qonaq edəcək. Fevralın 1-də keçiriləcək qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq. Oyunun start fiti saat 15:00-da veriləcək.
Xatırladar ki, qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Misli Premyer Liqası
XX tur
1 fevral (çərşənbə)
15:00. “Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu