Misli Premyer Liqasında II turun təyinatları açıqlanıb. Avqustun 12-14-də keçiriləcək matçların hakimləri də müəyyənləşib. “Qəbələ”nin “Şamaxı” ilə qarşılaşmasının da təyinatları bəlli olub.
Mövsümdə ilk ev görüşünə çıxacaq “qırmızı-qaralar”ın matçını Fərid Hacıyev idarə edəcək. Onun köməkçiləri Rəhman İmami və Kamran Bayramov olacaq. Dördüncü hakim funksiyasını Emin Əliyev yerinə yetirəcək.
Xatırladaq ki, avqustun 14-də Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 18:20-də başlayacaq.
Misli Premyer Liqası
II tur
14 avqust (bazar)
18:20. “Qəbələ” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Emin Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
Qəbələ şəhər stadionu