Misli Premyer Liqasında XXVII turun təyinatları açıqlanıb. Martın 15-17-də keçiriləcək matçların hakimləri də müəyyənləşib. “Qəbələ”nin “Şamaxı” ilə qarşılaşmasının da təyinatları bəlli olub.
III dövrənin son görüşünə çıxacaq “qırmızı-qaralar”ın matçını Rəşad Əhmədov idarə edəcək. Onun köməkçiləri Kamran Bayramov və Rahil Ramazanov olacaq. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək.
Xatırladaq ki, martın 17-də Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.
Misli Premyer Liqası
XXVII tur
17 mart (cümə)
17:00. “Qəbələ” – “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Kamran Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu