Misli Premyer Liqasında VII turun təyinatları açıqlanıb.
Turun son günündə baş tutacaq “Qəbələ” – “Şamaxı” qarşılaşmasının baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək.
Əliyar Ağayev VAR, Zeynal Zeynalov AVAR olacaq. Vüsal Əliyev hakim-inspektor, Anar Şıxəliyev AFFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 5-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Şamaxı” matçı saat 17:30-da başlayacaq.