Misli Premyer Liqasında III turun təyinatları açıqlanıb.
“Qəbələ”nin “Şamaxı” ilə ev oyununun baş hakimi Nicat İsmayıllı olacaq. Ona Rəhman İmami və Şirmamed Mamedov kömək edəcək.
Ruslan Quliyev dördüncü hakim, Elvin Bayramov VAR, Rahil Ramazanov AVAR funksiyasını yerinə yetirəcək. Matçın hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi İlham Əliyev olacaq.
Qeyd edək ki, avqustun 29-da Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq.