«Qəbələ» - «Şamaxı» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 6 Avqust 2022 | 19:38167
«Qəbələ» - «Şamaxı» oyununun vaxtı müəyyənləşdi

Misli Premyer Liqasında II turun oyun cədvəli açıqlanıb. Avqustun 12-də start götürəcək turun görüşləri üç günü əhatə edəcək.

“Qəbələ” son oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” mövsümün evdəki ilk çempionat oyununda “Şamaxı”nı qonaq edəcək. Avqustun 14-dəki qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq. Oyunun start fiti saat 18:20-də veriləcək. 

Qeyd edək ki, qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

 

II tur

14 avqust (bazar)

18:20. “Qəbələ” – “Şamaxı”

Qəbələ şəhər stadionu