Misli Premyer Liqasında III dövrənin son oyun cədvəli açıqlanıb. Martın 15-17-də keçiriləcək XXVII turun görüşləri üç günü əhatə edəcək.
“Qəbələ” son oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” ev oyununda “Şamaxı”nı qonaq edəcək. Martın 17-dəki qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq. Oyunun start fiti saat 17:00-da veriləcək.
Qeyd edək ki, qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Misli Premyer Liqası
XXVII tur
17 mart (cümə)
17:00. “Qəbələ” – “Şamaxı”
Qəbələ şəhər stadionu