“Qəbələ” – “Şamaxı” oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 21 Sentyabr 2025 | 18:1814905
“Qəbələ” – “Şamaxı” oyununun vaxtı müəyyənləşdi

Misli Premyer Liqasında VII turun oyun cədvəli açıqlanıb.

 

“Qəbələ” oktyabrın 3-5-də keçiriləcək turun son günündə meydana çıxacaq. “Qırmızı-qaralar” evdə “Şamaxı”nı qəbul edəcək.

 

Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:30-da başlayacaq. Görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.