«Qəbələ» «Samtredia» ilə oyunun hazırlığı davam etdirir
Xəbərlər / 27 İyun 2016 | 12:02185
«Qəbələ» «Samtredia» ilə oyunun hazırlığı davam etdirir

“Qəbələ” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Samtredia” (Gürcüstan) ilə ilk oyununun Bakıdakı hazırlıqlarına start verib. İyunun 26-da Gürcüstan toplanışını başa vurub, Bakıya qayıdan “qırmızı-qaralar” bu gün növbəti məşqinə çıxıb. Məşqlərinə ara verməyən Roman Qriqorçukun yetirmələrinin günün ilk yarısına təsadüf edən hazırlığı paytaxtda baş tutub. ADBTİA stadionundakı çalışmalarda futbolçular bərpaedici hazırlıq keçib. Komanda növbəti məşqini sabah günün ikinci yarısında keçirəcək.
Xatırladaq ki, “Qəbələ” 2016-2017-ci illər mövsümünə iyunun 30-da start verəcək. “Qırmızı-qaralar” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununu “Bakcell Arena”da keçirəcək. Komandamız Gürcüstan çempionatının gümüş mükafatçısı “Samtredia” ilə üz-üzə gələcək. Bu, 2014-2015 və 2015-2016-cı illər mövsümlərində də UEFA Avropa Liqasında çıxış edən “Qəbələ”nin avrokuboklarda ardıcıl 3-cü mövsümünün startı olacaq.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun
30 iyun
21:00. “Qəbələ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan)
Baş hakim: Denis Şerbakov (Belarus)
Baş hakimin köməkçiləri: Dmitri Juk, Yuri Xomçanka (hər ikisi Belarus)
Dördüncü hakim: Sergey Tsinkeviç (Belarus)
Hakim-inspektor: Aleksey Spirin (Rusiya)
Bakı. “Bakcell Arena” stadionu