Bu həftə Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulacaq. “Qəbələ” VII turda “Səbail”lə qarşılaşacaq. “Qırmızı-qaralar” bu oyunu Qəbələ şəhər stadionunda keçirəcək. Bu matç iki klub arasında 14-cü duel olacaq. İndiyədək rəqiblər 13 dəfə üz-üzə gəlib. 7 dəfə qələbə qazanan “Qəbələ” üstünlüyə malikdir. 3 heç-heçə edən “qırmızı-qaralar” eyni sayda məğlubiyyət alıb. Bu görüşlərdə 24 qol vuran futbolçularımız 14 top buraxıblar. Komandamızın ən yaxşı bombardiri Baqali Dabodur. O, “Səbail”in qapısına 6 qol vurub. Famussa kone və Ceyms Adeniyi hərəyə 3 dəfə fərqlənib.
Baş tutan 13 qarşılaşmadan ikisi Azərbaycan kuboku, 11-i Premyer Liqa çərçivəsində oynanılıb. Çempionatda 5 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” üç matçdan xalsız ayrılıb. Top fərqi də komandamızın xeyrinədir – 19:12.
“Qırmızı-qaralar” evdəki 6 oyunda 5 dəfə qalib gəlib və 1 dəfə heç-heçə edib. Doğma meydanda uduzmayan komanda 13 qol vurub və 3-nü buraxıb.
Xatırladaq ki, oktyabrın 24-də keçiriləcək “Qəbələ” - “Səbail” görüşü saat 14:00-da başlayacaq.
2017/18 mövsümü
17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3
Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60
04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1
Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88
11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0
Stiven Monroz, 59
15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4
Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75
24.02.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1
Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68
15.04.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1
Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55
2018/19 mövsümü
12.08.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0
Asif Məmmədov, 23; Urfan Abbasov, 63; Ceyms Adeniyi, 82
09.12.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:0
10.03.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” –2:1
Ceyms Adeniyi, 49, 55 // Elvin Yunuszadə, 84
27.04.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1
Fəhmin Muradbəyli, 20; Ağabala Ramazanov, 25 // Bəhlul Mustafazadə, 41
2019/20 mövsümü
21.09.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:1
Mirabdulla Abbasov, 68 // Rövlan Muradov, 17
09.11.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0
Davit Volkov, 22, 45+2; Ülvi İsgəndərov, 90+2
16.02.2020. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 3:1
Mirsahib Abbasov, 57; Rauf Əliyev, 70; Hendrik Ekşteyn, 82 (p.) // Nikolas Raysel, 16