Bu həftə Topaz Premyer Liqasında XX turun qarşılaşmaları baş tutacaq. “Qəbələ” öz meydanında “Səbail”i qəbul edəcək. Bu, komandaların cari mövsümdə 3-cü dueli olacaq. Mövsümün açılış matçında rəqibini 3:0 hesabı ilə yenən “qırmızı-qaralar” qış fasiləsi öncəsi qolsuz heç-heçəylə kifayətlənmişdi.
Ümumilikdə isə qarşıdakı matç rəqiblər arasında 9-cu duel olacaq. İndiyə qədər keçirilən 8 matçda üstünlük “Qəbələ”nin tərəfindədir. 5 qələbə qazanan “qırmızı-qaralar” 2 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 16:7. Keçirilən matçlarda Baqali Dabo hamıdan çox - 6, Famussa Kone 3 qol vurub.
Premyer Liqa çərçivəsindəki 6 oyunda 3 qələbə qazanan “Qəbələ” 2 heç-heçə edib və 1 dəfə uduzub. Komandamız top fərqində də öndədir - 11:5.
Bakı klubunu 5-ci dəfə qəbul edəcək “Qəbələ” 4 ev oyununun hamısında qol sevinci yaşayıb. 3 qələbə qazanıb, 1 heç-heçə edən “qırmızı-qaralar” rəqib qapısına 8 top vurub, 2-ni buraxıb.
Xatırladaq ki, XX turun “Qəbələ” – “Səbail” görüşü martın 10-da keçiriləcək.
2017/18 mövsümü
17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3
Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60
04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1
Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88
11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0
Stiven Monroz, 59
15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4
Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75
24.02.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1
Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68
15.04.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1
Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55
2018/19 mövsümü
12.08.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0
Asif Məmmədov, 23; Urfan Abbasov, 63; Ceyms Adeniyi, 82
09.12.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:0