“Qəbələ” Azərbaycan Premyer Liqasının V turunun hazırlığını davam etdirir. “Sabah”la sentyabrın 14-də Bakıda keçirilən görüşdən (1:0) sonra paytaxtda qalan komanda məşqlərini Bakı Olimpiya Stadionunda gerçəkləşdirir. Gündə bir dəfə məşq keçən “qırmızı-qaralar”ın bugünkü hazırlıq prosesi zamanı futbolçular əsasən toplu çalışmaları yerinə yetiriblər. Elmar Baxşıyevin rəhbərliyi altında keçən məşqə bütün futbolçular iştirak ediblər.
Xatırladaq ki, “Qəbələ”nin “Səbail”lə səfər matçı sentyabrın 21-də keçiriləcək. “ASCO Arena”da baş tutacaq görüş saat 19:45-də başlayacaq.