«Qəbələ» - «Səbail» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 8 Mart 2021 | 14:34149
«Qəbələ» - «Səbail» matçının hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasının XIX  turunun ikinci oyun gününün təyinatları açıqlanıb. “Səbail”lə görüşəcək “Qəbələ”nin ev matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi müəyyənləşib. Sabah keçiriləcək qarşılaşmanı Rəhim Həsənov idarə edəcək. Onun köməkçiləri Cəmil Quliyevlə Eyyub İbrahimov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Qəbələ şəhər stadionunda baş tutacaq oyunun hakim-inspektoru Əmrah İbrahimov, AFFA nümayəndəsi Seymur Səlimli olacaq.

Xatırladaq ki, sabah keçiriləcək “Qəbələ” - “Səbail” görüşü saat 15:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XIX tur

9 mart (çərşənbə axşamı)

15:00. “Qəbələ” – “Səbail”

Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, İnqilab Məmmədov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Seymur Səlimli

Qəbələ şəhər stadionu