«Qəbələ» - «Səbail» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 17 Sentyabr 2021 | 11:37125
«Qəbələ» - «Səbail» matçının hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasının IV  turunun ilk gününün oyunlarının təyinatları açıqlanıb. “Səbail”lə görüşəcək “Qəbələ”nin ev matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi müəyyənləşib. Sabah keçiriləcək qarşılaşmanı Rauf Allahverdiyev idarə edəcək. Onun köməkçiləri Cavanşir Yusifovla Kamran Bayramov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. Qəbələ şəhər stadionunda baş tutacaq oyunun hakim-inspektoru Gülağa Cabarov, AFFA nümayəndəsi Aslan Şahgəldiyev olacaq.

Xatırladaq ki, sabah keçiriləcək “Qəbələ” - “Səbail” görüşü saat 17:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

IV tur

18 sentyabr (şənbə)

17:00. “Qəbələ” – “Səbail”

Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Rəşad Əhmədov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Qəbələ şəhər stadionu