Azərbaycan Premyer Liqasının XVI turunun təyinatları açıqlanıb. “Səbail”lə görüşəcək “Qəbələ”nin ev matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi müəyyənləşib. Sabah keçiriləcək qarşılaşmanı Rauf Cabarov idarə edəcək. Onun köməkçiləri Cavanşir Yusifovla Müslüm Əliyev olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Səbail” görüşü saat 15:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XVI tur
19 fevral (şənbə)
15:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu