«Qəbələ» - «Səbail» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 2 Dekabr 2022 | 10:311635
«Qəbələ» - «Səbail» matçının hakimləri müəyyənləşdi

Misli Premyer Liqasının XVI turunun təyinatları açıqlanıb. “Səbail”lə görüşəcək “Qəbələ”nin ev matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi müəyyənləşib. Sabah keçiriləcək qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək. Onun köməkçiləri Eyyub İbrahimov və Rahil Ramazanov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. 

Xatırladaq ki, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Səbail” görüşü saat 14:30-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XVI tur

3 dekabr (şənbə)

14:30. “Qəbələ” – “Səbail”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Qəbələ şəhər stadionu