Misli Premyer Liqasının XXXII turunun təyinatları açıqlanıb. “Səbail”lə görüşəcək “Qəbələ”nin ev matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi müəyyənləşib. Mayın 1-də keçiriləcək qarşılaşmanı Rauf Allahverdiyev idarə edəcək. Onun köməkçiləri Cavanşir Yusifovla Şirmamed Mamedov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Səbail” görüşü saat 17:30-da başlayacaq.
Misli Premyer Liqası
XXXII tur
1 may (bazar ertəsi)
17:30. “Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Şirmamed Mamedov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu