Misli Premyer Liqasında I dövrənin son təyinatları açıqlanıb. IX turda “Səbail”lə görüşəcək “Qəbələ”nin ev matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi müəyyənləşib. Oktyabrın 7-də keçiriləcək qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək. Onun köməkçiləri Cəmil Quliyev və Teymur Teymurov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Səbail” görüşü saat 16:00-da başlayacaq.
Misli Premyer Liqası
IX tur
7 oktyabr (şənbə)
16:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu