«Qəbələ» - «Səbail» oyununun hakimi dəyişdirildi
Xəbərlər / 9 Mart 2021 | 12:31178
«Qəbələ» - «Səbail» oyununun hakimi dəyişdirildi

“Qəbələ” – “Səbail” oyunun baş hakimi dəyişib. Azərbaycan Premyer Liqasının XIX turunun bu gün keçiriləcək görüşünü Rəşad Əhmədov idarə edəcək. O, öncədən təyinat alan Rəhim Həsənovu əvəzləyib. Həsənov şəxsi səbəblərdən Qəbələyə yollana bilməyəcək.