Topaz Premyer Liqasının XI turunun təyinatları açıqlanıb. Sabah start götürəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, hakim-inspektorlar və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Səbail”lə ev oyununu Rauf Cabbarov idarə edəcək. Noyabrın 4-də keçiriləcək qarşılaşmanın yan xətt hakimləri Nahid Əliyevlə Vüsal Qənbərov olacaq. Elvin Əsgərov isə matçın dördüncü hakimi funksiyasını yerinə yetirəcək. Oyunda Füzuli Nəcəfov hakim-inspektor, Ramiz Abdullayev AFFA nümayəndəsi olacaq.
Xatırladaq ki, noyabrın 4-də baş tutacaq görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 16:00-da başlayacaq.
Topaz Premyer Liqası
XI tur
4 noyabr (şənbə)
16:00. “Qəbələ” – “Səbail”
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Nahid Əliyev, Vüsal Qənbərov
Dördüncü hakim: Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ şəhər stadionu