Topaz Premyer Liqasının 2018/19 mövsümünün ilk təyinatları açıqlanıb. Sabah start götürəcək I turun oyunlarını idarə edəcək hakimlər, onların işinə qiymət verəcək hakim-inspektorlar, həmçinin AFFA nümayəndələri bəlli olublar. Mövsümün ilk qarşılaşmasında öz meydanında “Səbail”lə qarşılaşacaq “Qəbələ”nin matçını Əliyar Ağayev idarə edəcək.
FİFA referisinin köməkçiləri Rza Məmmədovla Zeynal Zeynalov olacaqlar. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Qəbələ şəhər stadionundakı oyuna hakim-inspektor kimi Əhmədağa Cabbarov, AFFA nümayəndəsi kimi isə Şaiq Həmidov təyinat alıblar.
Xatırladaq ki, “Qəbələ” – “Səbail” matçı saat 19:00-da başlayacaq.
Topaz Premyer Liqası
I tur
12 avqust (bazar)
19:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu