Topaz Premyer Liqasında XX turun təyinatları açıqlanıb. Martın 9-10-da keçiriləcək qarşılaşmaları idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Turun ikinci günündə meydana çıxacaq “Qəbələ”nin matçının təyinatları da bəlli olub. “Qırmızı-qaralar”ın “Səbail”lə ev oyununu İnqilab Məmmədov idarə edəcək. Onun köməkçiləri Pərvin Talıbovla Cavanşir Yusifov olacaq. Dördüncü hakim funksiyasını Rövşən Rəcəbov yerinə yetirəcək. Qəbələ şəhər stadionundakı oyunun hakim-inspektoru Fazil Mürşüdov, AFFA nümayəndəsi Erkin Hüseynov olacaq.
Xatırladaq ki, martın 10-da Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 14:00-da başlayacaq.
Topaz Premyer Liqası
XX tur
10 mart (bazar)
14:00. “Qəbələ” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu