Azərbaycan Premyer Liqasında XI turun bütün təyinatları açıqlanıb. Noyabrın 9-10-da keçiriləcək oyunların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Səbail”lə matçının təyinatları da bəlli olub. Turun ilk günündə baş tutacaq görüşü Elçin Məsiyev idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Qəzənfər Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Namiq Bəkirov yerinə yetirəcək. Qəbələ şəhər stadionundakı qarşılaşmanın hakim-inspektoru Rövşən Əhmədov, AFFA nümayəndəsi Erkin Hüseynov təyin edilib.
Xatırladaq ki, “Qəbələ” – “Səbail” matçı saat 15:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XI tur
9 noyabr (şənbə)
15:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu