Azərbaycan Premyer Liqasının VII turunun təyinatları açıqlanıb. “Qəbələ”nin “Səbail”lə ev matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi müəyyənləşib. “Qırmızı-qaralar”ın bu gün keçirəcəyi qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək. Onun köməkçiləri Namiq Hüseynov və Nahid Əliyev olacaq. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmanın dördüncü hakimi funksiyasını Vüqar Həsənli yerinə yetirəcək. Oyunun hakim-inspektoru Rövşən Əhmədov, AFFA nümayəndəsi Erkin Hüseynov olacaq.
Xatırladaq ki, bu gün keçiriləcək “Qəbələ” - “Səbail” görüşü saat 14:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
VII tur
24 oktyabr (şənbə)
14:00. “Qəbələ” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu