«Qəbələ» - «Səbail» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 17 Aprel 2023 | 16:411349
«Qəbələ» - «Səbail» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan kubokunda yarımfinalın ilk oyunları üçün bütün təyinatlar açıqlanıb. Aprelin 18-19-da baş tutacaq görüşlərin hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub. “Qəbələ”nin “Səbail”lə matçının təyinatları da müəyyənləşib. Qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq. Ona Pərvin Talıbov və Kamran Bayramov kömək edəcəklər. Oyunun dördüncü hakimi funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. 

Xatırladaq ki, aprelin 18-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq.

 

Azərbaycan kuboku

Yarımfinal, ilk oyun

18 aprel (çərşənbə axşamı)

18:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ şəhər stadionu