«Qəbələ» - «Səbail» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 21 Noyabr 2022 | 16:221234
«Qəbələ» - «Səbail» oyununun vaxtı müəyyənləşdi

Misli Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb. Dekabrın 2-4-də baş tutacaq matçların vaxtı və yeri müəyyənləşib. “Qəbələ” turun ikinci günündə “Səbail”lə qarşılaşacaq. Qəbələ şəhər stadionundakı oyun saat 14:30-da başlayacaq. Matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Misli Premyer Liqası

XVI tur

3 dekabr (şənbə)

14:30. “Qəbələ” – “Səbail”

Qəbələ şəhər stadionu