Misli Premyer Liqasında I dövrənin son turunun oyun cədvəli açıqlanıb. Oktyabrın 6-8-də keçiriləcək IX turun qarşılaşmalarının vaxtı və yeri dəqiqləşib. “Qəbələ”nin “Səbail”lə ev oyununun da vaxtı bəlli olub. Turun ikinci günündə baş tutacaq görüş saat 16:00-da başlayacaq. Matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Misli Premyer Liqası
IX tur
7 oktyabr (şənbə)
16:00. “Qəbələ” – “Səbail”
Qəbələ şəhər stadionu