“Qəbələ” – “Şəfa” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 1 Dekabr 2025 | 18:3417874
“Qəbələ” – “Şəfa” oyununun hakimləri müəyyənləşdi

Bizon Azərbaycan kubokunun 1/8 final mərhələsinin təyinatları açıqlanıb.

 

Dekabrın 4-də keçiriləcək “Qəbələ” – “Şəfa” matçının baş hakimi Əli Əliyev olacaq. Ona Teymur Teymurov və Gülnurə Əkbərzadə kömək edəcəklər.

 

Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək. Ceyhun Haşımov hakim-inspektor, Nəriman Axundov AFFA nümayəndəsi olacaq.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq.