Misli Premyer Liqasında II turun təyinatları açıqlanıb.
“Qəbələ”nin “Şəfa” ilə ev oyununun hakimləri müəyyənləşib. Avqustun 22-də keçiriləcək matçın baş hakimi İnqilab Məmmədov olacaq.
Ona Rahil Ramazanov və Gülnurə Əkbərzadə kömək edəcək. Rəvan Həmzəzadə dördüncü hakim, Cavid Cəlilov VAR, Kamran Bayramov AVAR funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Əmrah İbrahimov, AFFA nümayəndəsi Elçin Məmmədov olacaq.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq.