“Qəbələ” səfərdən xalsız dönür
Xəbərlər / 18 Aprel 2025 | 18:252073
“Qəbələ” səfərdən xalsız dönür

“İmişli” – “Qəbələ” – 1:0

18 aprel 2025. Saat 16:30. H.Əliyev adına İmişli şəhər stadionu. 2500 tamaşaçı

Baş hakim: Elvin Bayramov

Baş hakimin köməkçiləri: Rasim Axundov, Asif Abdullayev

Dördüncü hakim: Emin Əliyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Sarı vərəqələr: Abbas Ağazadə, 32 (qeyri-idman hərəkəti); Mehdi Tahirov, 33 (hakimin qərarına etiraz); Elmir Rəhimzadə, 43 (hakimin qərarına etiraz); Xəyal Tomarov, 58 (qeyri-idman hərəkəti); Dioqo Vaskes, 71 (hakimin qərarına etiraz) // Şahin Şahniyarov, 19 (qeyri-idman hərəkəti); Ruslan Voronsov, 81 (qeyri-idman hərəkəti); Emil Süleymanov, 87 (qeyri-idman hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Kaxaber Tsxadadze, 88 (hakimin qərarına etiraz)

Qol: Elmir Rəhimzadə, 7 (p.)

Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.

 

I Liqada XXII tura yekun vurulub.

 

“Qəbələ” turun son matçında meydana çıxıb. Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda İmişlidə eyniadlı komanda ilə qarşılaşıb.

 

Görüşdə hesabı meydan sahibləri açıblar. Bu erkən qol matçın taleyini həll edib. 55 xalla yarışın lideri olan “qırmızı-qaralar” mövsümdə ilk dəfə meydandan xalsız ayrılıb – 0:1.

 

Qeyd edək ki, “Qəbələ” XXIII turda MOİK-i qəbul edəcək. Aprelin 25-də Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

 

“İmişli”

33. Andrey Sinenka

77. Elmir Rəhimzadə (k)

(4. Gilyerme Souza, 74)

21. Abbas Ağazadə

(8. Tolqar Yaqubov, 90+1)

6. Xəyal Tomarov

13. İdris İnqilablı

70. Mehdi Tahirov

23. Dioqo Vaskes

44. Həzrət İsayev

29. Vüsal Qənbərov

(9. Xəlil Bəşirov, 90+1)

32. Rəhim Cəfərli

10. Oluvasen Timilehin

(11. Seyxan Fərəcov, 64)

Ehtiyat oyunçular:

36. Elməddin Sultanov

19. Fazil Həsənzadə

30. Nəbi Məmmədov

99. Cavidan Qasımlı

7. Pablo Alveş

17. Firəddin Abdullayev

14. Lətif Rzayev

Baş məşqçi: Fərid Namazov

 

“Qəbələ”

1. Səlahət Ağayev (k)

32. Elvin Yunuszadə

8. Urfan İsmayılov

(22. Fərid İsgəndərov, 75)

97. Elşad Tağıyev

13. Nicat Əliyev

20. Oçe Oçoveçi

(19. Abdullahi Şuaybu, 46)

74. Süleyman Damadayev

5. Samir Həsənov

14. Domi Massumo

66. Nuğay Rəşidov

(9. Ruslan Voronsov, 75)

10. Şahin Şahniyarov

(6. Emil Süleymanov, 60)

Ehtiyat oyunçular:

12. Müşfiq Nadirov

94. Həbib Hüşənov

11. Asif Məmmədov

28. Murad Musayev

25. İbrahim Ramazanov

26. Elnur Mustafayev

Baş məşqçi: Kaxaber Tsxadadze