“Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda keçirəcəyi oyunun hakimləri bəlli olub. Noyabrın 3-də Fransanın “Sent-Etyen” klubu ilə baş tutacaq ev qarşılaşmasını ispaniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Karlos Del Serro olacaq. Ona həmyerlilərindən ibarət briqada kömək edəcək.
Xatırladaq ki, “Qəbələ” – “Sent-Etyen” matçı Bakıda “Bakcell Arena” stadionunda keçiriləcək. Görüş saat 22:00-da başlayacaq.
UEFA Avropa Liqası
Qrup mərhələsi
C qrupu, IV tur
3 noyabr
22:00. “Qəbələ” – “Sent-Etyen” (Fransa)
Baş hakim: Karlos Del Serro (İspaniya)
Baş hakimin köməkçiləri: Xuan Yuste, Roberto Alonso (hər ikisi İspaniya)
Əlavə köməkçi hakimlər: Xuan Martines Munuera, İnaki Vaikandi Qarrido (hər ikisi İspaniya)
Dördüncü hakim: Abraham Alvares Kanton (İspaniya)
Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə)
UEFA nümayəndəsi: Aristeidis Stavropoulos (Yunanıstan)
Bakı. “Bakcell Arena” stadionu