«Qəbələ» «Simurq»la oyunun hazırlığını başa vurdu
Xəbərlər / 8 Aprel 2015 | 20:15198
«Qəbələ» «Simurq»la oyunun hazırlığını başa vurdu

Topaz Premyer Liqasının XXIX turunda “Simurq”la qarşılaşacaq “Qəbələ” oyunun hazırlığını başa vurub. Aprelin 9-da baş tutacaq görüşə matçın keçiriləcəyi Qəbələ stadionunda hazırlaşan “qırmızı-qaralar” oyunöncəsi son məşqini də doğma arenada keçirib. Roman Qriqorçukun yetirmələri daha çox toplu çalışmalara üstünlük verib. Braziliyalılar Rafael Santos və Dodo, həmçinin rumıniyalı Aleksandru Benqa istisna olmaqla, bütün futbolçular hazırlıqda iştirak edib. Belə ki, yüngül zədədən sonra bərpa prosesi keçən Rafael və Aleksandru fərdi məşqlə kifayətləniblər. Zədədən sonra hələ məşqlərə başlamayan Dodo isə çalışmalara qatılmayıb.

Qeyd edək ki, aprelin 9-da keçiriləcək “Qəbələ” – “Simurq” oyunu saat 19:00-da başlayacaq. Qarşılaşma “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.